Heç bu `Moskva`da da vəziyyət yaxşı deyil...
Əgər, vətəndaşların hər hansı şikayəti araşdırılmırsa, müraciəti cavabsız qalırsa, baş verə biləcək hər hansı faciə və ya xoşagəlməz halın məsuliyyəti şikayət olunan təşkilat rəhbərliyinin və bu kimi yarıtmaz rəhbərliyi himayə edən yuxarı, dövlət orqanının üzərinə düşür. İllərin sınağından çıxıb gəlmiş bu kimi məntiqi yanaşmanın əsas görünən tərəfi odur ki, vətəndaşlarla hökumət arasında yaradılan uçurum məhz bu cür münasibətdən qaynaqlanır. Nəticədə insanlar dövlətindən narazı düşür, bir qrup isə özbaşınalıqlarını və harınlıqlarını davam etdirirlər.
Hələ əksi sovetlər dönəmində və eləcədə müstəqilliyimizin ilk illərində KİV - lərdə yazılan hər hansı kiçicik yazı hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb, şikayətdə və müraciətdə qaldırılan məsələlər xırda detallarına qədər araşdırılıb, lazımi ünvanlara cavab verilirdi. Bu da, tərəfləri məsuliyyətli olmağa, işlərinə vicdanla yanaşmağa sövq edirdi. Bu kimi yanaşma getdikcə aradan çıxdıqca, "mənəm - mənəmlik, özbaşınalıq, məsuliyyətsizlik" özünə geniş yer edib, insanları dövlətindən narazı salmağa başladı...
Artıq dəfələrlə bizə müraciət edib, səslərinin dövlət başçısına, Birinci Vitse-prezidentə və digər aidiyyəti dövlət qurumlarına çatdırılmasını istəyən, "MOSKVA" TM QSC-nin bir qrup Səhmdarları və İcarədarlarının tələblərinin hələ də eşidilməməsi, bu günə kimi tələblərinin yerinə yetirilməməsi yuxarıda deyilənlərə bir əyani misaldır. Onların dili ilə desək, gələcəkdə baş verə biləcək faciələrin təməlinin qoyulmasıdır. Bu cür yanaşmnın acı nəticəsidir ki, narazı tərəf hələ də qaldırdıqları məsələnin araşdırılmaması dan giley edib yazırlar. "—... etdiyimiz müraciətlər KİV - lərdə işıqlandırılır, ictimailəşir ancaq təsirli tədbirlər görülmür ki, görülmür..."
Bu narazılıqların aidiyyatı qurumlarda araşdırılmaması, diqqətdən kənar qalması narazılıq yaradanları daha da harınlaşdırır, özbaşınalığlarını artırır.
Qarşı tərəfin müraciətinə əsaslanıb deyə bilərik ki," MOSKVA" TM QSC - doğurdan da göz yaşlarına inanmır. "1975 - 1978 - ci illərdə inşası başlanan, Moskva şəhərinin şərəfinə tikilən, ölkəmizin o vaxtkı rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən açılışı edilən bu TM - i, bu gün, orada çalışanlar üşün hər an faciə yarada biləcək bir obyektdir. Şikayətçilər iddia edirlər ki, 2014 - cü ildə baş verən məlum yanğından sonra, hesablanmış bütün ziyan yalnız Səhmdarların və İcarədarların hesabına ödənilmişdir. Yanmış invertarlar, qurğular bu insanların şəxsi vəsaiti hesabına yenilənmişdir. 2016 - 2017-ci illərdə TM rəhbərliyinin müəmmalı qərarı ilə TM - nin bütöv üz örtüklərinin yenilənməsinə başlanıldı. Qranit və ağ laylar sökülərək onun yerinə, inşaat materialı kimi istifadəsi qadağan olunan penoplastk piltələri ilə üzlənildi. Penoplastik materialın "Azadlıq" prospektindəki faciəsi bir çox bu kimi üzvlüklə üzlənilmiş obyektləri bu üzvlüyün sökülməsinə gətirib çıxartdı. Lakin bu üzlük bu gündə bizim TM - ni fasadın bəzəyir. Hər an faciə ilə üz-üzə qalırıq. Yarıtmaz rəhbərliyin başı isə, yerlərin daraldılması və digər düşüncələrlə haradan - "çox pul" qazanaram fikiri ilə yaşayır. Lakin oranın işçilərinin və ticarət üçün gələn vətəndaşların təhlükəsizliyinə heç bir zəmanət verilən iş görülmür.
 //azerinfo.info//

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti